Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“BakuBuild 2019” sərgisi işə başladı-FOTO

 

 

Bu gün Bakıda Xəzər İnşaat Həftəsi çərçivəsində “BakuBuild 2019” sərgisi işə başlayıb.

Yenixeber.org: Oktyabrın 25-nə qədər davam edəcək sərgidə dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edir.

Sərginin açılış mərasimində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edib. O bildirib ki, sərgini hər il olduğu kimi bu il də İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstəkləyir.

Nazir müavininin sözlərinə görə, son illər Azərbaycanda tikinti sənayesi sürətlə inkişaf edib, 2013-2018-ci illərdə ölkədə tikinti materiallarının istehsal həcmi 70%-dən çox artıb: “Azərbaycan yaxın vaxtlarda əksər tikinti materialları ilə özünü təmin edəcək. İndiyə qədər ölkədə 17 tikinti şirkəti investisiya təşviqi sənədi alıb”.

Qeyd edək ki, bu il “BakuBuild” sərgisi fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildən keçirilən sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 000-ə yaxın şirkəti bir araya gətirib. Ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiyanı 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib.

Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi - “Caspian MebelExpo 2019”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi - “Securex Caspian 2019” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçirilir.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam