Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Niyazi Səfərov: "Çinli investorlar Azərbaycan iqtisadiyyatına 800 milyon..."

 

Çinli investorlar Azərbaycan iqtisadiyyatına 800 milyon dollardan çox sərmayə yatırıb. 

Yenixeber.org: Bunu bu gün Bakıda Çin Xalq Respublikasının Şansi vilayəti (Sian) və Azərbaycan arasında keçirilən ticarət və əməkdaşlıq forumunda çıxışı zamanı İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan da Çin iqtisadiyyatına sərmayə yatırır və bu gün həmin investisiyaların ümumi həcmi 1,7 milyard dollar təşkil edir. Azərbaycanda ticarət, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində Çin kapitallı 119 şirkət fəaliyyət göstərir", - N.Səfərov qeyd edib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Çinlə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır: "Əlaqələrimizə ticarət, nəqliyyat sahəsində əməkdaşlıq da daxildir. Azərbaycan ilə Çin arasında 2019-cu ilin ilk beş ayında ticarət dövriyyəsi 1,1 milyard dollar təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. 2018-ci ildə ümumi ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib". 

Qeyd edək ki, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZRPOMO), Şansi vilayətinin kommersiya departamentinin və Sian şəhəri Xalq hökümətinin təşkilatçılığı ilə keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam