Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

İranda saxlanılan rusiyalı jurnalistə İTTİHAM-İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq

Rusiyalı jurnalist Yuliya Yuzik İranda saxlanılıb.

Yenixeber.org: Bunu Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko deyib.

Diplomatın sözlərinə görə səfirlik hazırda məsələni araşdırır.

Oktyabrın 4-də jurnalist Boris Voysexovski də Facebook səhifəsində Yuzikin Tehranda saxlanılması ilə bağlı məlumat yayıb. Bildirib ki, o, oktyabrın 3-də Tehranda saxlanılıb: “Onu həbsxana kamerasına yerləşdiriblər. Oktyabrın 6-da onun məhkəməsi olacaq. O, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər”.

Onun sözlərinə görə, Yuzik bir neçə il əvvəl Tehranda müxbir olaraq işləyib və bu yaxınlarda onu yenidən ölkəyə dəvət ediblər: “Tehranda hava limanında onun pasportunu alıblar. Bildiriblər ki, İrandan gedəndə qaytaracaqlar. Ancaq İslam İnqilabı Keşikçiləri Qvardiyasının əməkdaşları onun gecələdiyi mehmanxananın qapısını sındıraraq Yuliyanı aparıblar. Dünən ona Moskvaya zəng edib bir dəqiqə danışmağa icazə veriblər".

O deyib ki, kamerada yerdə oturub. Onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edirlər: "Bu isə azı 10 il həbs deməkdir".

Yuzikin qızı anasının Facebook-dakı səhifəsində faktı təsdiqləyib. Yazıb ki, anası nənəsinə zəng edə bilib, o da öz növbəsində onunla əlaqə saxlayıb.

Yuzik "Komsomolskaya Pravda" qəzetinin redaksiyasında və "Rus Newsweek" jurnalında işləyib. 2003-cü ildən bəri ədəbi iş və jurnalist araşdırmaları ilə məşğuldur. 2003-cü ilin noyabr ayında onun Rusiyada özünü partladan terrorçu qadınların taleyindən bəhs edən "Allahın gəlinləri" adlı kitabı nəşr olunub. Kitab doqquz xarici ölkədə çap edilib. Sonra o, "Beslan lüğəti" kitabını yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam