Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda qaz çatışmazlığı yaranıb

 

 

    "xeberinfo.com": İranda sənaye müəssisələrinə qaz tədarükünün məhdudlaşdırıldığı halda, ölkədə soyuq hava şəraiti ilə əlaqədar qaz istehlakı kritik həddə çatıb. Dekabrın 30-da daxili və kommersiya müəssisələrinin ümumi qaz istehlakı sutkada 482 milyon kubmetri ötüb ki, bu da ötən il martın 21-də başlayan cari İran təqvim ilinin yeni rekordunu müəyyənləşdirib. Elektrik stansiyalarına qaz tədarükü məhdudlaşdırılıb, poladtökmə, sement və neft-kimya sahələri daxil olmaqla, ölkənin əsas sənaye sahələri qaz çatışmazlığı ilə üzləşiblər. Tehranda, həmçinin, ölkənin şimal və qərb vilayətlərində bəzi avtomobil qazdoldurma kompressor stansiyalarına (AQKS) qazın verilişi çatışmazlıq və aşağı təzyiq səbəbindən dayandırılıb ki, bu da benzin istehlakının xeyli artmasına gətirib çıxarıb. İranın AQKS Sahibləri İttifaqının Direktorlar Şurasının sədri Ardeşir Dadras bildirib ki, çatışmazlıq və aşağı təzyiq səbəbindən Tehranda AQKS-lərin təqribən 50 faizi bağlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam