Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub.
 
Yenixeber.org-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. 


 
11:10
 
APA-nın məlumatına görə, Tehranda prezident İ. Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb. 
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti bu gün Tehranda bir neçə saatdan sonra keçiriləcək.
Prezident İ. Əliyev həmin sammitdə iştirak etmək üçün Tehrana səfər edib.