Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Türkiyə Aerokosmik Agentliyinin rəhbəri - Bakıya gələcək

Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Bakıya gələcək
Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatı (UN), Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı (APSCO), Türkiyənin TÜBİTAK UZAY mərkəzi və Türkiyə Kosmik Agentliyi tərəfindən beynəlxalq konfrans təşkil olunub.
Yenixeber.org: Sənayesi Nazirliyindən verilən məlumata görə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Hindistan, Pakistan, Sinqapur, İtaliya, Kanada, Çili, Peru və Türkiyənin bir çox nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Hacı oğlu Cavadov təmsil edub.

“Kosmik Hüquq və Siyasət” mövzusuna həsr olunmuş tədbirdə Kosmosun təhlükəsiz və sülh naminə istifadəsinin təşviqi, kosmik fəaliyyətlə əlaqədar milli qanun və siyasət çərçivələri, kosmik texnologiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın stimullaşdırılması yolları kimi mühüm məsələlər müzakirə edilib.

Konfrans çərçivəsində professor Natiq Cavadov bir sıra dövlətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirib. Həmin görüşlərdən birində Türkiyə Aerokosmik Agentliyinin rəhbəri cənab Sərdar Hüseyin Yıldırım yaxın zamanda Azərbaycana səfər edəcəyini və Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə əyani tanış olacağını bildirib.

Konfransın gedişi zamanı həmçinin, BMT-nin siyasət və hüquq məsələləri bölümünün sədri və xarici kosmik işlər üzrə rəhbəri cənab Niklas Hedman, Sinqapur Aerokosmik Agentliyinin prezidenti cənab Jonathan Hung, TÜBİTAK UZAY-ın idarə heyətinin sədri cənab Lokman Kuzu, APSCO-nun baş direktor müavini cənab Aziz Koru, ASELSAN-ın peyk yükləmə proqramları üzrə direktoru xanım Alime Özyıldırım, TÜRKSAT-ın peyk əməliyyatları üzrə vitse-prezidenti cənab Hasan Hüseyin Ertokla qarşılıqlı əməkdaşlıq üzrə müzakirələr keçirilib, informasiya mübadiləsinin təşkilinin, müştərək tədqiqat işlərinin həyata keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam