Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NASA Beynəlxalq Kosmik Stansiyada - spirt konsentrasiyasının artmasını şərh edib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyada izopropil spirtinin konsentrasiyasının artmasını şərh edib. 

Yenixeber.org:  TASS informasiya agentliyinə istinadla xəbər verir ki, agentliyin rəsmi nümayəndəsi Deniel Huot bu vəziyyətin stansiyadakı kosmonavtların həyatı üçün təhlükə törətmədiyi barədə bəyanat verib.
NASA-nın nümayəndəsi deyib ki, kosmik missiya zamanı bu cür bir neçə məlumat alınıb. Beynəlxalq Kosmik Stansiyanın atmosferində izopropil spirtinin konsentrasiyasının artması mühüm olsa da, ekipaj üçün təhlükəli olmayan haldır. Hazırda mütəxəssislərdən ibarət komanda həmin spirtin mənşəyini araşdırır. "Yerdə olan mütəxəssislər izopropil spirtinin təhlükəli həddə qalxmasının qarşısını almaq üçün tədqiqatlar aparırlar”, -deyə Huot əlavə edib.
Bundan əvvəl Y.Qaqarin adına Kosmonavtların Hazırlanması Mərkəzinin rəisi Pavel Vlasov bildirmişdi ki, ABŞ-ın "Space-X” şirkətinin "Crew Dragon” kosmik zondunun Beynəlxalq Kosmik Stansiyaya birləşməsindən sonra stansiyanın atmosferində izopropil spirtinin konsentrasiyası artıb. Onun sözlərinə görə, Rusiya tərəfi bununla bağlı NASA-ya öz iradlarını və suallarını göndərib.
"Crew Dragon” kosmik gəmisi "Dragon” yük kapsulunun modifikasiya olunmuş variantı kimi 2012-ci ildən bəri Beynəlxalq Kosmik Stansiyaya dəfələrlə yük çatdırıb. Gəmidə yaşayışı təmin edən hər cür şərait yaradılıb, eyni zamanda əvvəlcə bir, sonra dörd paraşütün buraxılması üzrə yeni sistem tətbiq edilib. "Crew Dragon” mart ayında Beynəlxalq Kosmik Stansiyaya birləşib və avtomatik rejimdə ondan ayrılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam