Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəşad Atakişiyevə şəhid statusu verilə bilərmi? - Açıqlama

Rəşad Atakişiyevə şəhid statusu verilə bilərmi?


MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya düşərək həyatını itirən Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin ölümündən 40 gün keçir. Qanunvericiliyə görə, şəhid statusu döyüş şəraitində həlak olan şəxslərə verilməsinə baxmayaraq, ictimaiyyətdə qəhrəman pilotumuza da şəhid statusu verilməsi barədə müzakirələr aparılır.

Yenixeber.org:  Bəs görəsən, bu gün 40 mərasimi keçirilməsi planlaşdırılan pilotumuza şəhid statusu verilməsi mümkün ola bilərmi?

Məsələ ilə bağlı saytımıza danışan professor, hüquqşünas Fərhad Mehdiyev qanunvericiliyə əsasən mərhum pilota döyüş təlimi zamanı həlak olduğu üçün şəhid statusu verilməsi gərəkdiyini bildirib:

“Bundan əlavə, ölkədə keçirilən hərbi təlimlər zamanı hər hansı bir əsgər mərmi partlaması nəticəsində dünyasını dəyişərsə, fikrimcə, mütləq qaydada ona şəhidlik statusu verilməlidir.

Nazirlər Kabinetinin qərarının 1.2.6. maddəsində göstərilir ki, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər də şəhid hesab olunur.

R.Atakişiyevin öldüyü şərait də döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi halı olduğu üçün ona şəhid statusu verilməlidir”.

Hüquqşünas bildirib ki, çaşqınlıq yaratmaması üçün qərarda “döyüş təlimləri sırasında həlak olan şəxslər ” sözləri əlavə edilsə, yaxşı olar”.

Millət vəkili Tahir Kərimli isə hesab edir ki, mərhum pilota şəhidlik statusu verilməsə də, təltif edilməsi vacibdir:

“Pilot Rəşad Atakişiyevin ölümü hər kəsi sarsıtdı. Azərbaycanın belə insanlara böyük ehtiyacı vardı. İxtisaslaşdırılmış, təcrübəli pilot idi. Ona rəsmi olaraq şəhid statusu verilməsi ilə bağlı məsələdə çətinlik çəkirəm. Çünki döyüş şəraitində həlak olmadığı üçün bu, qanunla düzgün deyil.

Hesab edirəm ki, onu hansısa başqa fəxri adla təltif etmək olar və ya ailəsinə təminat ayırmaq olar. Hesab edirəm ki, əlahiddə olaraq fərdi şəkildə məsələyə yanaşaraq Rəşad Atakişiyevə ad verilməsi mümkün ola bilər”.

Millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, bu barədə qərar təkliflər müzakirə edildikdən sonra ümumi razılıq əldə olunarsa, mümkün ola bilər:

“Pilot Rəşad Atakişiyevə şəhidlik statusu verilməməsi ilə bağlı deyə bilərəm ki, qanunvericilik nə deyirsə, odur. Bu barədə irəli sürülən təkliflər isə başqa məsələdir. Təkliflər müzakirə edildikdən sonra ümumi razılığa gələrək, qərar qəbul etmək olar”. (Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam