Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ və Türkiyə arasında 100 milyard dollarlıq sövdələşmə

 

Türkiyənin ticarət naziri Ruhsar Pekcan və amerikalı həmkarı Vilbur Ross ilə görüşüb.

Yenixeber.org: Görüşdən sonra mətbuat üçün verilən konfransda türk nazir iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dolları çatmasını hədəf seçdiklərini bildirib.

“Sektorların tutumunu artıraraq ABŞ-a məhsul tədarük etməyə hazır olduğumuzu qeyd etdik. Münasibətlərimizdəki bəzi problemlərin həllində ticarətin müsbət əksinin olduğunu düşündük. Avtomobil sənayesi ilə bağlı fəaliyyətlər haqda danışdıq. Bu çərçivədə ölkəmizin gömrük vergilərindən azad olunmasını istədik. 100 milyard dollarlıq hədəfimiz üçün bunun vacib olduğunu düşünürük. Ən çox potensiala malik sektorlardan biri də mülki nəqliyyat sektorudur” – Pekcan belə deyib.

ABŞ ticarət naziri Vilbur Ross isə iki ölkə arasındakı münasibətləri barədə bunları deyib:

“52 Türkiyə firması ilə görüşdük. Nazir Pekcan ilə məhsuldar görüş keçirdik. Keçirdiyimiz danışıqları çox gözəl şərh etdiniz. Hədəfimiz iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara qaldırmaqdır. İndiki şəraitlə müqayisədə iki-üç dəfə artırmaq. Bu Türkiyə tərəfindən 50 milyard dollar, ABŞ tərəfindən də 50 milyard dollarlıq ticarət deməkdir. Mal və xidmətlər çərçivəsindən baxıldıqda ABŞ üçün kiçik rəqəmlərdir. Ekstra 50 milyard dollar trilyon dolların yanında bir şey deyil.

5 günümüzü burada keçirdik. 43 ABŞ firması ilə görüşdük. 52 türk firması ilə ABŞ-da işləmək istəyən firmalarla danışıqlar keçirdik. Nələr edəcəyimiz prezidentlər tərəfindən təsdiqlənəcək”.(avropa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam