Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Zelenski Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyarda çatdırmaq istəyir

 

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Ukrayna-Türkiyə Biznes forumunda qeyd edib ki, rəsmi Kiyev Ankara ilə ikitərəfli ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq istəyir.

Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, Ukraynanın dövlət başçısı deyib: “Biz Türkiyə ilə biznesi inkişaf etdirmək istəyirik. Təkcə qardaş Türkiyənin iri şirkətləri ilə deyil, həmçinin bütün biznes assosiasiyaları ilə birgə fəaliyyət göstərmək niyyətindəyik”.

Ölkəsinin biznes planlarından bəhs edən Prezident qeyd edib ki, Ukrayna infrastruktur layihələrinə 20 milyard dollar sərmayə qoyub. Bu layihələrə 15 aeroport və beş liman daxildir. O, Türkiyənin iş adamlarını da yeni layihələrdə fəal iştirak etməyə çağırıb.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib ki, Türkiyənin inşaat firmaları indiyədək Ukraynada 5,9 milyard dollar həcmində layihələrin həyata keçirilməsində iştirak ediblər. O, bu fəaliyyətin bundan sonra da davam edəcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam