Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Türkiyə və Rusiya XİN başçıları görüşüblər –Ərdoğanla Putin arasında keçiriləcək zirvə görüşünə hazırlıq gedir

“Məqsədimiz Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır”.

Yenixeber.org: “Haber7” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib. O, ötən il iki dövlət arasında ticarət dövriyyəsi həcminin 14 faiz artdığını da vurğulayıb.

Nazir bildirib ki, Rusiya ilə qarşılıqlı olaraq, vizanın ləğvi istiqamətində ikitərəfli görüş və müzakirələr davam edir.“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək zirvə toplantısına hazırlıq məqsədilə iclas gerçəkləşdirdik. İki lider Moskvada bir araya gələcək. Türkiyə ilə ticarət əlaqəmiz sabit şəkildə davam edir. 100 milyard dollarlıq hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda hərbi və müdafiə sahələrində də əməkdaşlıq məsələlərini müzakirə etdik. “S-400” müdafiə sistemlərinin Türkiyəyə tədarükü ilə bağlı fəaliyəti də məmnuniyyətlə izləyirik”, – deyə S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin ləğvi istiqamətində də müzakirələr davam edir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam