Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Səfir:"Azərbaycan Britaniya üçün çox əhəmiyyətli ölkədir"

“Azərbaycan Britaniya üçün çox əhəmiyyət kəsb edən bir ölkədir”.

Yenixeber.org:  Bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Ceyms Layl Şarp “Facebook”da yayımlanan videomüraciətində deyib.

Azərbaycan dilini və tarixini öyrənmək üçün artıq bir müddətdir ki ölkədə olduğunu qeyd edən diplomat Azərbaycan xalqının nə qədər istiqanlı və qonaqpərvər olduğunu qeyd edərək burada səfir olmağından məmnunluq duyduğunu ifadə edib.

“Azərbaycan çox sürətlə inkişaf edən və Britaniya üçün əhəmiyyət kəsb edən bir ölkədir. Birləşmiş Krallıq ilə Azərbaycan arasında güclü və tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha da inkişaf etdirmək və münasibətləri yeni mərhələyə çatdırmaq niyyətindəyəm. Bura siyasi münasibətlərimizi gücləndirmək Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək və hal-hazırda yüksək səviyyədə olan ticarət və enerji məsələlərində əməkdaşlığımızı genişləndirmək kimi məsələlər aiddir”, – səfiri Ceyms Layl Şarp bildirib.

Təhsil, turizm, idman və mədəniyyət kimi sahələrdə Britaniya və Azərbaycan vətəndaşları arasındakı əlaqələri daha da gücləndirmək niyyətində olduğunu qeyd edən britaniyalı diplomat demokratiya və insan hüquqları məsələlərində də açıq və məhsuldar müzakirələr aparmaqda maraqlı olduğunu əlavə edib.

“Azərbaycanda yaşamağı və işləməyi, bu ölkə və xalq haqqında daha çox məlumat toplamağı və onun zəngin mədəniyyətindən zövq almağı səbirsizliklə gözləyirəm”.  (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam