Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Onlar orada baza yaradıblar...”-İrəvanda təşviş

 

Azərbaycanın Türkiyə silahlı qüvvələrinin iştirakı ilə birgə artıq dördüncü ildir keçirdiyi hərbi təlimlər Ermənistana ciddi təhlükə yaradır.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bunu sentyabrın 2-də jurnalistlərlə görüş zamanı hərbi ekspert Van Ambartsumyan söyləyib.

"Bu, əslində Hərbi Hava Qüvvələrinin təlimləridir və Türkiyə bu təlimlərdə öz silahları ilə təmsil olunur”,- deyə o bildirib. Ekspert qeyd edib ki, təlimlərə Ankara təkcə aviasiya texnikası ilə deyil, həm də hava və yerüstü izləmə vasitələri cəlb edib.

Erməni ekspertin iddiasına görə, növbəti təlimlərdən belə sonra 3000 türk əsgəri Naxçıvanda yerləşdirilib:

“Onlar orada hərbi baza yaradıblar. Zənnimcə, indi onların sayı daha çox olmalıdır. Azərbaycan bundan çox ilhamlanır. Çünki NATO ölkələrinin ikinci ən böyük ordusunun hərbi bazalarını öz ərazilərinə yerləşdirəcək ”, - deyə V. Ambartsumyan bildirib.

Xatırladaq ki, bu gündən etibarən Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz qartalı-2019” birgə təlimləri başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam