Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Türkiyə və ABŞ-la birgə hərbi təlimlərə qatılacaq

 

Azərbaycan Türkiyə və ABŞ-la birgə hərbi təlimlərə qatılacaq
Türkiyə 28 sentyabr-7 oktyabr tarixlərində Aralıq dənizinin şərqində ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin də iştirakilə genişmiqyaslı hərbi dəniz təlimləri keçirəcək.
Yenixeber.org: Bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb. 

Qeyd olunur ki, “Mavi Balina-2018” adı altında keçiriləcək təlimlərdə Türkiyənin hərbi havavə hərbi dəniz qüvvələri NATOABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri ilə birlikdə sualtı qayıqlar əleyhinə döyüş tapşırıqlarını icra edəcək və təlimlərdə iştirak edən ölkələrlə suda və havaməkanında koordinasiyanı təşkil edəcək. 

Aralıq dənizində 10 gün davam edəcək “Mavi Balina-2018” hərbi təlimlərinə Türkiyənin 4 freqatı, 5 sualtı qayığı, 2 sahil-nəzarət gəmisi, maddi-texniki dəstək gəmisi, 3 təyyarəsi və 6 helikopteri qatılacaq.

Qeyd edək ki, son illər Türkiyə öz müttəfiqləri ilə bu formatda hərbi təlimləri mütəmadi olaraq keçirir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam