Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müxalifət əleyhinə aksiya keçirilib-Tbilisidə

 

Tbilisidə müxalifət əleyhinə aksiya keçirilib
Tbilisinin mərkəzindəki Azadlıq meydanında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu və ölkənin əsas müxalif qüvvəsi sayılan “Vahid Milli Hərəkat” Partiyasının əleyhinə kütləvi etiraz aksiyası keçirilib.
Yenixeber.org: İqtidar yönümlü “Nasizmə yox” ictimai birliyinin təşkil etdiyi aksiyaya minlərlə insan qatılıb. Etiraz aksiyasına “Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib.

Əllərində Gürcüstan bayrağını dalğalandıran aksiya iştirakçıları “Mişaya yox!”, “Milli hərəkatçılara yox!”, “Gürcüstanı qoruyaq!” şüarlarını səsləndiriblər. “Vətənpərvərlər Alyansı” partiyasının liderlərindən olan İrma İnaşvili çıxış edərək bildirib ki, meydana toplaşan insanlar ölkənin keçmişə qaytarılmasını istəmirlər.



“Biz terrorizm, zorakılıq və kasıblıq dövrünə qayıtmaq istəmirik. Prezident seçkilərinin ikinci turunda biz Salome Zurabişvilini dəstəkləməliyik, çünki ölkənin başqa seçimi yoxdur. Qriqol Vaşadzeni dəstəkləmək keçmişə qayıtmaq deməkdir”, – deyə İnaşvili vurğulayıb.

Aksiya nəticəsində meydan ərazisindən keçən yolda avtomobillərin hərəkəti bir müddət dayanıb. Nümayiş dinc şəraitdə keçib və heç bir qarşıdurma qeydə alınmayıb. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam