Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər balabanı Yaponiyada "erməni aləti" kimi təbliğ edir - FOTO

 

Ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə yaponları cəlb ediblər.

Yenixeber.org: Sosial şəbəkədə yapon Kento Sudzuki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” müğamının ladında müəyyən gəzişmələr ediblər.

Ermənilər bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim etməklə bu dəfə yapon musiqiçiləri saxtakarlıqlarının iştirakçısına çeviriblər.

Balaban ifaçısı Kento Sudzuki cari il iyunun əvvəlində Ermənistanda keçirilən “Yeni adlar” XI beynəlxalq yeniyetmə ifaçılar festivalında iştirak edib.

Yapon balabançının ifasına münasibət bildirən mütəxəssislər bildiriblər ki, ermənilər yenə də Azərbaycan musiqisi və balabanı ilə bağlı saxtakarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, Kento Sudzuki “Şur” muğamını çalmağa səy göstərib: “Onun balabanda ifa etməsi yaxşı hadisədir. Ancaq o, bu nəfəs alətində mükəmməl ifa etmək üçün Azərbaycan musiqisini öyrənməlidir. Əks halda, ermənilər özünküləşdirdikləri Azərbaycan musiqisini ona öyrədəcəklər. Bu da yarımçıq olacaq. Başqa sözlə, balabandan çıxan nəfəs musiqiyə deyil, onun şarjına oxşayacaq. Kento Sudzukinin erməni mahnısı adı ilə bu ifası da yarımçıq musiqidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam