Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Deputatlar -Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər

 

"Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər. Yeni Azərbaycan Partiyası yeni bir təşəbbüs irəli sürdü və bu məsələni bir daha gündəmə gətirdi. YAP-da bunu geniş şəkildə dəstəklədilər və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdilər. Bu təşəbbüsə deputatlar da qoşulublar".

Yenixeber.org:  Bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, digər şəxslərin də bu təşəbbüsə qoşulması müsbət haldır: "Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı daim orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə hazırdır. Azərbaycanın qüdrətli ordusu var. Ordumuzun dünyanın ən güclü 52 ordusu içərisində yer tutur. 2016-cı ilin aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Ordumuzun büdcə vəsaitləri bəlkə də Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan xalqının ordumuza göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam