Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Əli Əhmədov:"Azərbaycan vətəndaşlarının ehtiyacları daha dərindən araşdırılmalı..."

 

 

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu başlayıb.

Yenixeber.org: Üç gün davam edəcək tədbirdə BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Forumun açılışında çıxış edən Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.

O, ölkədə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini deyib: "Azərbaycan islahatlar keçirilməsi sahəsində dünya miqyasında önəmli yer tutur. İslahatların əhəmiyyətli hissəsini sosial sahədə həyata keçirilən işlər tutur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfdən işğal olunub və 1 milyona yaxın insan məcburi köçkün düşüb. Onlar evlərini, iş yerlərini itiriblər. Uzun illər bu vəziyyətin davam etməsinə baxmayaraq, əhalinin 10 faizini təşkil edən qaçqın və məcburi köçkünlərin hər cəhətdən təmin edilməsi, yaşayış şəraitinin yaşılaşdırılması hökumətin üzərinə düşür. Onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi, iş yerlərinin yaradılması böyük vəsait tələb edir".

Ə.Əhmədov qeyd edib ki, müharibə nəticəsində əlilliyi yaranan Azərbaycan vətəndaşları sosial qayğı ilə təmin olunublar: "Təqaüdlərin, pensiyaların verilməsi, bütün bunların hamısı Azərbaycanın sosial təminat rejiminin işlədiyi gərgin rejimlərdən biridir. Azərbaycan əhalisi yüksək templə artır. Çoxuşaqlı ailələrin sayı əhəmiyyətli dərəcədədir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının maraqları və ehtiyacları daha dərindən araşdırmalı və həll olunmalıdır.

Forum çıxışlarla davam edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam