Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ermənistanın keçmiş baş prokurorunun -həbsi tələb edilir

Aqvan Ovsepyan cinayətkar-oliqarx sistemin rəmzi, müxalifətin cəzalandırılması kampaniyası və çoxsaylı qanlı cinayətlərin əsas arxitektorudur.

Yenixeber.org: Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyanla bağlı ru.1in.am saytında dərc olunmuş yazıda belə deyilir.

Vurğulanıb ki, 2008-ci il martın 1-də dinc aksiyaçılara qarşı tətbiq edilən zorakılıq əmrini keçmiş prezident Serj Sarkisyanla keçmiş baş prokuror Aqvan Ovsepyan verib. Onların tapşırğını isə Vaaqn Arutyunyan icra edib.

Mənbə onların hələ də həbs edilmədiyini vurğulayıb. Aqvan Ovsepyan və Vaaqn Arutyunyanın hələ də azadlıqda olmaları təəssüf hissi ilə qeyd olunub. V.Arutyunyanın Rusiyaya sığındığı bildirilib.

Aqvan Ovsepyan Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə baş prokuror işləyib. Karyerasını isə istintaq komitəsinin başçısı vəzifəsində başa vurub.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarkisyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam