Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Politoloq:“Gürcüstan siyasi baxımdan çıxılmaz vəziyyətdədir”

“Gürcüstanda böhran çoxdandır yaranıb və bunun da səbəbi hökumətin qeyri-peşəkarlığıdır”.

Yenixeber.org:  Bunu  Gürcüstan bürosuna açıqlamasında politoloq Tengiz Txilava bildirib.

Onun sözlərinə görə, Abxaziyada döyüşdüyü iddia olunan rusiyalı deputat Sergey Qavrilovun Tbilisiyə dəvət olunması səhv addımdır: “Hakim komanda üzvlərinin rusiyalı deputatın parlamentdə spikerin kreslosunda əyləşməsinin razılaşdırılmadığını bildirərək, özlərinə haqq qazandırmaları isə növbəti ağılsızlıq olub. Hamıya məlumdur ki, bu cür tədbirlərin proqramı və gündəliyi öncədən təsdiqlənir”.

Politoloq bildirib ki, iyunun 20-də Tbilisidə keçirilən kütləvi etiraz aksiyasının amansızcasına dağıdılmasına yol verilməməli idi: “Gürcüstanda son hadisələr siyasi elitanın tam məsuliyyətsizliyini göstərdi. Ölkə siyasi baxımdan çıxılmaz vəziyyətdədir və cəmiyyətədə bədbin əhval-ruhiyyə hökm sürür”.

T.Txilava deyib ki, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi az ehtimal olunur: “Lakin hakim Gürcü Arzusu Partiyası reytinqini sürətlə itirir. Bəlkə də hakimiyyət bu reytinqin sıfıra yaxınlaşmasını gözləməyərək, vəziyyətdən xilas olmaq üçün bir aydan sonra növbədənkənar parlament seçkilərinə gedəcək”.

Politoloqun sözlərinə görə, Gürcüstanda müxalifət də nüfuzunu getdikcə itirir və üçüncü qüvvəyə ehtiyac duyulur: “Ötəngünkü aksiya göstərdi ki, yeni nəsil artıq nə hakimiyyət, nə də müxalifətə inanır. Həmin gənclərdən üçüncü qüvvənin yetişməsi üçün isə zaman tələb olunur”.

T.Txilava Rusiya prezidenti Vladimir Putinin yerli aviaşirkətlərin iyulun 8-dən etibarən Gürcüstana uçuşların qadağan olunması ilə bağlı qərarının mümkün təsirlərini də şərh edib. Onun fikrincə, Gürcüstanda rusiyalı turistlərə hədəflənmiş biznes zərərlə üzləşəcək: “Gürcüstan iqtisadi baxımdan Rusiyanı unutmalı, yeni imkanlar və bazarlar tapmalıdır. Əlbəttə ki, bu, uzun zaman və zəhmət tələb edən prosesdir. Bunun üçün həm də yorulmadan davamlı iş aparılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam