Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa Şurasının Nazirlər Komitəsi dekabrda -"Çıraqovlar Ermənistana qarşı" iş üzrə...

 

"Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur".

Yenixeber.org: Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsində bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı da şikayətlər var: "Bu, əsasən, şəxsi həyata hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir".

Ç.Əsgərov xatırladıb ki, Avropa Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" iş üzrə artıq qərar qəbul edib və Avropa Şurasının Nazirlər Komitəsinin iclasında bir dəfə bu məsələyə baxılıb: "Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam