Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Xanlar Hacıyevin səlahiyyət müddəti artırıldı

 

Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu "Report"a Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

 

Ç.Əsgərov bildirib ki, Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim vəzifəsinə namizədlərin yeni siyahısını hələlik Avropa Şurası Parlament Assambleyasına təqdim etməyib: "Bu, prosedura uyğun olaraq həyata keçirilir. Azərbaycan 2016-cı ilin yanvarına qədər hakim vəzifəsinə namizədlərini təqdim edəcək. Apreldə isə Avropa Şurasının Parlament Assambleyasında bu məsələyə baxılacaq, qərar veriləcək".

 

Ç.Əsgərov deyib ki, qaydaya uyğun olaraq, hazırda Azərbaycanı Avropa Məhkəməsində təmsil edən Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.

 

Qeyd edək ki, 2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən X.Hacıyevin səlahiyyət müddəti bu ilin oktyabrın 31-də başa çatır. Azərbaycan hökuməti bu ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub. AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və geri qaytarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam