Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

"Həmsədrlər danışıqlar üçün əlavə sənədlər təqdim etdi" - Məmmədyarov

 
Xəbər verdiymiz kimi, Vaşinqtonda ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutub.
Yenixeber.org: Üç saat çəkən müzakirələrin ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb. 

Məmmədyarov “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söylədi. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə etdi. 

“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.” 

Nazir indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkdi. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışdı. 

“Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi biz əhalini sülhə hazırlamalıyıq,” o bildirdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam