Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Palata:"Problemli kreditlərin restrukturizasiya prosesi sürətlənəcək"

Problemli kreditlərin restrukturizasiya prosesi kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək.

Yenixeber.org:  Maliyyə Pazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov açıqlamasında bildirib.

“Restrukturizasiya prosesi sırf bank-müştəri münasibətlərinə şamil olunur. Ona görə də banklarla müştərilər arasında olan müzakirələrdən sonra restrukturizasiya prosesləri icra olunur. Bu proses kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək”, – deyə İ.Alışov bildirib.

Xatırladaq ki, dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Paralel olaraq problemli kreditlərin restrukturizasiyası həyata keçirilir. Restrukturizasiya prosesindən faydalanacaq təxminən 300 min vətəndaş banklara dəvət olunaraq, illik cəmi 1%-lə, 5 il müddətinə milli valyutada yeni kredit müqavilələri bağlayır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam