Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq –Fərman

 

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq.

Yenixeber.org: Bu sözləri vaxtı keçmiş kredit borcları ilə bağlı yaranmış məhkəmə işləri ilə bağlı danışan Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Komissiya üzvü vurğulayıb ki, Prezidentin fərmanının əsas məzmunu da elə məhz bundan ibarətdir:

“Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq. Söhbət ancaq 10 000 dollaradək olan problemli kreditlərlə bağlı məhkəmə işlərindən gedir. Prezident mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib. Bu mexanizmlərlə bağlı meydana çıxan bütün məsələlər məhz fərmana uyğun olaraq həll olunacaq. Hər bir məsələyə isə fərdi qaydada baxılacaq”.

Ə.Nuriyev bildirib ki, fərmandan irəli gələn məsələlərlə bağlı hər kəsin hüququ tam bərpa olunacaq:

“Əvvəla, 10 000 dollara qədər olan kredit borcuna görə kiminsə həbs olduğunu güman etmirəm. Fərmanda göstərilən məbləğədək kredit borcuna görə məhkəmə qərarları əsasında ölkədən çıxışına icazə verilməyən şəxslər üzərindən bu qadağa götürüləcək”.

Sözügedən kateqoriyaya kompensasiyaların verilməsinə gəlincə, komissiya üzvü fərmanda göstərilən şərtlərə əsasən sosial ədalətə təsir göstərən bütün faktorların bərpa olunacağını deyib:

“Fərmanda qeyd olunub ki, devalvasiyadan sonra ödənilmiş kredit faizləri arasındakı fərq qaytarılacaq. Bu o deməkdir ki, qərar göstərilən məbləğədək (10 000 ABŞ dolları) kredit borcu olan şəxslərin işlərinə aid ediləcək. Belə ki, həmin kredit məbləği həcmində kredit borcu olan sahibkarlıq subyektləri qərardan yararlana biləcəklər. Yəni bu güzəşt hüquqi şəxs olan biznes subyektləri və kommersiya qurumlarına şamil edilmir”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam