Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gündən dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır

 Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

Yenixeber.org:Məlumata görə, bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat Maliyyə Nazirliyinə (MN) və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təqdim etdiyi siyahıya uyğun olaraq, aprelin 19-dan MN müvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və "Azərpoçt" MMC-nin AMB-dəki hesablarına köçürülməsinə başlayıb.

Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə MN kredit təşkilatlarına vəsaitləri mərhələli şəkildə, MBNP ilə razılaşdırılmaqla köçürəcək.(Teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam