Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistanın prezidenti hərbi cinayətkardır”

 

ABŞ-ın “The Hill” nəşrində erməni lobbisinin Azərbaycan haqqında yanlış informasiyalar yayması, qeyri-dəqiq məlumatlarla dünya ictimaiyyətini aldatması haqda məqalə dərc olunub

 

"Xeberinfo.com":  Məlumata görə, USAN-nın eksperti Denis Jaffenin müəllifi olduğu məqalədə erməni yalanları ifşa olunur.
“Əgər erməni lobbisinin bir klişe hekayəsinə inansaq, Azərbaycan dəhşətli ölkədir. Ermənistan isə igidlər ölkəsi, azadlıq və demokratiyanın bərqərar olduğu yerdir. Ermənilərin hiporepiyası (uzağı yaxşı görmə - red) klassik hadisədir. Lakin erməni reallığı fərqlidir. Ermənistanın vəziyyəti Azərbaycan kimi inkişaf edən ölkəni tənqid etmək, yaxud onu mənfi obyekt kimi barmaqla göstərmək üçün əlverişli deyil. Yaxud insan haqlarının vəziyyətinə görə bu ölkə öyünə bilməz”, - deyə müəllif yazıb.
D. Jaffen Cənubi Qafqazda problemlərin səbəblərini araşdırır və bunun nə ilə bağlı olduğunu diqqətə çatdırır: “Ermənistan Azərbaycana hərbi hücum etdi, bütün müharibə Azərbaycan torpaqlarında baş verdi. Azərbaycan 20 faizə yaxın ərazisini itirdi, 600 min azərbaycanlı 1992-1994-cü illərdə öz doğma yurdlarından qovuldu, həmçinin, 1987-1990-cı illərdə 200-240 min azərbaycanlı Ermənistandan deportasiya olundu. Bu etnik təmizləmə idi. Bu münaqişədən sonra təxminən 230 min erməni Azərbaycanın müxtəlif yerlərindən könüllü sürətdə getdi. Onları heç kim qovmamışdı, onlar özləri ölkəni tərk etdi. Getməyənlər bu gün də Bakıda yaşayır və onlar heç bir təzyiqə məruz qalmırlar. Lakin Ermənistan bir milyon insanın hüquqlarını pozduğuna baxmayaraq, bu gün təbliğat aparır”.
Müəllif Ermənistanın Sovet tarixində ən böyük insan haqlarının pozan ölkə olduğunu deyib. D. Jaffen Xocalını bariz nümunə olaraq göstərir: “Xocalıda bir gecədə 600-dən çox insan məhv edildi. Bu hərbi cinayət idi və bu cinayətin baş verməsində iştirak edən insanlar bu gün Ermənistanda prezident və müdafiə naziri postunu tutur. Erməni təbliğatı bu hərbi cinayət faktlarını gizlətməyə uğursuz cəhdlər etdi, lakin onların bu blefi insan hüquqları məsələsindən danışarkən meydana çıxır. Bu gün Ermənistan insan haqları və demokratiya deyə bağıraraq danışa bilməz”.
D. Jaffen yazır ki, ermənilərin hərbi təcavüzünün məqsədi 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycanı dağıtmadır: “Bu təcavüz ölkənin inkişafına da maneələr yaratdı. Bu gün Azərbaycan məcbur qalaraq ölkənin müdafiə sahəsində böyük vəsaitlər qoyur, yüz minlərlə insana humanitar yardım edir. Müharibə Azərbaycanın xəstəxanalarını, uşaq bağçalarını, əkin torpaqlarını, su ehtiyatlarını yararsız hala saldı. Lakin bu gün Ermənistan ABŞ-dan maliyyə yardımı alır. Bununla yanaşı, Ermənistan qeyri-qanuni şəkildə Azərbaycanın təbii ehtiyatlarından yararlanır. İşğal olunmuş Kəlbəcərdə qızıl mədənlərindən tutmuş, qovulan azərbaycanlıların daşınmaz əmlakı və mülkiyyətinə qədər bir çox şeyi sataraq qazanc əldə edir. Bu malların əksəriyyəti İrana satıldı”.
Müəllif Ermənistanda pozulan insan haqları və boğulan ifadə azadlığına toxunub.
“Hazırki prezident Serj Sarkisyan 2008-ci ildə mülki etirazçılara divan tutdu, onların ölümünə fərman verdi. Nəticədə, onlarla mülki vətəndaş öldürüldü. Bir neçə həftə öncə işğal olunmuş Dağlıq Qarabağ ərazisinə 30 avtomobillə yürüşə çıxan erməni müxalifətçiləri xüsusi xidmət əməkdaşları və erməni polisləri tərəfindən zorakılıqla üzləşdi. Bütün bunlar videokadrlarda öz əksini tapıb. Bu hadisələr baş verdiyi halda, erməni lobbisinə bağlı şəxslərin Azərbaycanı insan haqlarına görə ittiham etməsi sadəcə absurddur”, - deyə o vurğulayır.
Məqalədə Ermənistan hökumətinin təkcə azərbaycanlılar, türklər və sadə ermənilərin haqlarını deyil, eyni zamanda, yəhudilərin də haqlarını pozduğu qeyd olunur.
 
Barouk Ravvin bununla bağlı bir neçə faktı sadalayır.
“Ermənistanda 2 milyondan çox insan anti-semitdir. Bu ölkə hazırda Şərqi Avropada ən böyük və birinci anti-semitizm məkanıdır. Hətta onlar İrandan 2 faiz daha artıq anti-semitdirlər. Ermənistanda mövcud olan anti-semitizmdən çıxış edərək bu gün İran və Suriyanın bu ölkənin ən yaxın  müttəfiqi olması sualına cavab tapmaq mümkündür”, - deyə israilli bildirib.
D. Jaffen bu həqiqətlərə rəğmən Ermənistanın Azərbaycanı ittiham etməsini dustipoya (anti-utopiya – totalitar cəmiyyətlərə xas xüsusiyyət – red.) adlandırıb.
“Ermənistan hərbi qüvvələrinə məxsus helikopter Azərbaycanın işğal olunmuş əraziləri üzərində uçarkən vuruldu. Daha sonra Azərbaycan səmasını pozan Ermənistana məxsus pilotsuz təyyarə vurularaq salındı. Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Çünki Ermənistanın atdığı hər bir addım qeyri-qanunidir. Ermənistanın özündə demokratik cəmiyyətin qurulması, eləcə də Cənubi Qafqazın daha stabil region olması üçün Azərbaycanın işğal olunmuş əraziləri erməni hərbçilərindən təmizlənməlidir”, - deyə məqalədə qeyd olunub.
publika.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam