Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Amnesty İnternational”: “ABŞ bütün dünyada insan haqlarını dağıdır”

 

Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” ABŞ-ın terror şübhəlilərini saxladığı Quantanamo həbsxanasının yaradılmasının 13 illiyinə dair bəyanatla çıxış edərək Vaşinqtonu kəskin tənqid edib.

"Xeberinfo.com":  Məlumata görə, təşkilat hələ də bu həbsxananı bağlamayan ABŞ-ı “bütün dünyada insan haqlarını darmadağın etməkdə” günahlandırıb.

Virtualaz.org saytı təşkilatın internet saytına istinadən xəbər verir ki, bəyanatda prezident Barak Obama Quantanamo həbsxanasının bu ildönümünü sonuncu etmək üçün bütün mümkün olanı etməyə borclu olduğu bildirilir.

Təşkilat Quantanamonun dərhal bağlanmasının dünyada insan haqları sahəsində ən mühüm vəzifə olduğunu sübut edən 11 səbəb də göstərir.

1. Məhbuslar nə vaxt azadlığa çıxacaqlarını bilmir.

Təsəvvür edin ki, həbsxanada oturmusunuz. İndi onu da təsəvvür edin ki, sizə nə vaxt ittiham elan ediləcəyini və nə vaxt azadlığa çıxa biləcəyinizi bilmirsiniz.

Quantanamodakı 100-dən çox məhbus üçün müddətsiz həbsdə qalmaq qəddar reallıqdır. Onlar həmişəlik dəmir qəfəs arxasında qalmaq perpektivi ilə üz-üzədir.

2. Vaxt çatıb.

6 il əvvəl prezident Obama Quantanamonun bağlanması haqda sərəncam verdi. Ancaq bu sərəncam yerinə yetirilmədi və biz hakimiyyətə təzyiq göstərməyə, bütün dünyada aksiyalar təşkil etməyə başladıq. Və indi biz çoxdan gözlənilən prosesin şahidiyik: son il yarımda hökumət Quantanamodan 39 məhbusu çıxarıb.

3. Həddən artıq insan qeyri-müəyyən vəziyyətdədir.

Lakin prezident Obama daha çox etməlidir. 100-dən çox məhbus məhkəməsiz və istintaqsız həbsdə saxlanılır. Hər bir məhbusun ədalətli məhkəmə və ya azadlığa çıxmaq hüququ var.

4. İşgəncələr və qeyri-insani rəftar.

Məhbuslar əlləri qandallı, başları kapşonlarla örtülü, gözləri bağlı vəziyyətdə 2002-ci ildən Quantanmoya gətirilməyə başladı.

Senatın hesabatına əsasən bu həbsxana eksperimental dindirmə üsulları üçün laboratoriya kimi istifadə edilib. Bu vaxta qədər ora insan haqlarının ciddi pozulduğu yer olaraq qalır, o cümlədən uzunmüddət təkadamlıq kamerada saxlanılma praktikasından istifadə edilir.

Ədalətsizliyi daha da dərinləşdirən odur ki, Quantanamo məhbuslarından azı 28-i ora aparılana qədər ABŞ-ın digər ölkələrdəki gizli həbsxanalarında saxlanılıblar.

5. Ölüm həyatdan daha üstündür.

2012-ci ildə Adnan Lətif 10 ildən çox Quantanamoda istintaqsız saxlanılandan sonra öldü. O deyirdi ki, həbsxanadakı mühit ölməyi yaşamaqdan üstün edib. 2002-ci ildən etibarən Quantanamoda 10-dan çox məhbus ölüb. Onlardan 6-ı intihar edib.

6. İkiüzlülük və ikili standartlar.

Quantanamonun rəsmi devizində “Azadlığı müdafiə etmək şərəf məsələsidir” deyimini görmək olar. Lakin ikiüzlülük daha uzağa gedir. Quantanamonun istismar olunduğu bütün bu illər ərzində ABŞ insan haqları sahəsində beynəlxalq standartlara sadiqliyini həmişə bəyan edib.

Əgər hansısa cinayətkar rejim Quantanamo kimi həbsxana saxlasaydı, ABŞ onu pisləyərdi. Ona görə də ABŞ-ın bu ikiüzlülükdən və ikili standartlardan əl çəkməsinin vaxtı çoxdan çatıb.

7. Biz məhv etmə siyasətinə son qoymalıyıq.

Konqres üzvləri və ekspertlər Quantanmoya siyasi futbol kimi baxırlar, onu məhv etmə siyasətini dəstəkləmək üçün istifadə edirlər və insanların həbsdə qalması reallığına məhəl qoymurlar.

Bu, ABŞ-ın insan haqları sahəsində öhdəliklərinə tam əməl edəcəyi ehtimalını azaldır. Və gələcək prezident Quantanamonun fəaliyyətini davam etdirməyə imkan qazanır.

8. Biz “qlobal müharibə”ni inkar edirik.

ABŞ məhbusların Quantanamoda qanunsuz saxlanılması üçün “əl-Qaidə”yə və digər silahlı qruplaşmalara qarşı “qlobal müharibə” konsepsiyasına istinad edib.

Quantanamoda saxlanılan məhbuslar arasında elələri var ki, onlar ənənəvi hərbi əməliyyatlar zonasından kənarda, o cümlədən Azərbaycan və Tailand kimi ABŞ-la müharibə vəziyyətində olmayan ölkələrdə saxlanılıblar.

“Qlobal müharibə” nəzəriyyəsi insan haqlarını inkar edir. İnsan haqlarının tələblərinə görə ABŞ hər bir məhbus üzərində ədalətli məhkəmə qurmalıdır.

9. Quantanamo pozuntular şəbəkəsinin ancaq bir hissəsidir.

Quantanamo, pilotsuz təyyarələrlə qanunsuz hücumlar, kütləvi izləmə – bütün bunlar ABŞ tərəfindən insan haqlarının pozulması şəbəkəsini təşkil edir. Bu hörümçək toru məxfiliyin və pozuntulara görə cəzasızlığın sayəsində mövcud olmaqda davam edir.

10. ABŞ bütün dünyada insan haqlarını dağıdır.

“Amnesty İnternational” hərbi əsirlər üçün düşərgəyə çevrilən Quantanamo haqda niyə danışmaqda davam edir?

Biz 10-cu ildönümdə qeyd etdiyimiz kimi, Quantanmo bütün dünyada yırtıcı dövlətlərin əsas insan haqları prinsiplərini tapdalamağa həvəsləndirən simvoldur… və Quantanamo həbsxanası qaldıqca bizlərdən heç biri özümüzü təhlükəsiz hesab edə bilmərik.

11. Quantanamo və işgəncələr haqda debatlar davam edir.

İndi Obamanın həbsxananı bağlamağı ləngitməsi işgəncə praktikası tərəfdarlarının mövqelərini möhkəmləndirib. Bu isə növbəti administrasiya üçün nəinki Quantanamonu saxlamağa, eləcə də başqa insan haqları pozuntularına əl atmağa bəhanə verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam