Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Tullantı suları təmizlənmədən Xəzərə axıdılır” - Nazir

“Tullantı suları təmizlənmədən Xəzərə axıdılır” - Nazir
Nazirliyin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.
Yenixeber.org: Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. 

Nazir bildirib ki, antropogen və təbii amillərin təsiri (qlobal iqlim dəyişiklikləri, dəniz səviyyəsinin tərəddüdü, çay axınının həddən artıq tənzimlənməsi, çirklənmə, qanunsuz balıq ovu və s.) Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarıb. 

Onun sözlərinə görə, bu gün Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar. 

Xəzər dənizinin əsas çirklənmə mənbələrinə gəlincə, M.Babayev qeyd edib ki, onun hövzəsində, sahillərində və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. 

"Dənizi Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlər keçirilmiş və dənizə olan axarlar müəyyən edilərək xəritələşdirilmişdir. Etiraf etmək lazımdır ki, sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları təmizlənmədən Xəzərə axıdılır". 

Bundan əlavə, nazir diqqətə çatdırıb ki, Xəzər dənizinin su balansında əsas rolu dənizə tökülən 130-a qədər çay təşkil edir. Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti olsa da, bu gün Xəzər akvatoriyasını ən çox Volqa çirkləndirir. 

"Bu su hövzəsinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Ötən ilin avqust ayında Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının Beşinci Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya”nın imzalanması ilə regionda əməkdaşlığa yeni zəmin yaranmışdır", - deyə ETSN rəhbəri vurğulayıb. (Azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam