Talassemiya daşıyıcılığı aşkarlanıb -23 nəfərdə
Talassemiya – valideynlərdən övladlarına genlə keçən ağır irsi qan xəstəliyidir. Bu gün Respublika Talassemiya Mərkəzində (RTM) 8 may – Beynəlxalq Talassemiya Gününə həsr edilmiş mətbuat konfransı keçirilib.
Yenixeber.org: Talassemiya Mərkəzindən verilən məlumata görə, RTM-in direktoru Valeh Hüseynov bildirib ki, Beynəlxalq Talassemiya Günündə mətbuat konfransının keçirilməsində əsas məqsəd, bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyətin kütləvi maarifləndirilmək, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə və təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üçün düzgün təbliğat və digər maarifləndirmə vasitələri ilə dəstək verməkdir.
Valeh Hüseynov son illər talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görüldüyünü bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması nəticəsində xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərkəzə olan qayğısını xüsusi vurğulayan direktor bildirib ki, hazırda RTM-də talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Direktorun elmi işlər üzrə müavini dosent Ramin Bayramlı bildirib ki, ölkə Prezidentinin 2005-2010, 2010-2015-ci illəri əhatə edən ilk sərəncamlarının ardından 2015-ci il 10 fevral tarixli növbəti Sərəncamı ilə təsdiq edilmiş Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Direktor müavini Talassemiya Mərkəzində son bir il ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, mərkəzin maddi-texniki bazası gücləndirilib, müalicə-diaqnostika fəaliyyəti ən müasir protokollara uyğunlaşdırılıb, əksər həkimlər və tibbi personal xarici ölkələrə uzunmüddətli kurslara göndərilib, tibbi sənədləşmə tamamilə elektronlaşdırılaraq “Elektron Klinika” yaradılıb, elmi işlərə start verilib. Ölkə başçısının “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə Laboratoriyası” ilə təmin olunmasına dair imzaladığı Sərəncamla alınan cihaz və avadanlıqların yaxın günlərdə quraşdırılacağı bildirilib. Bu sistemlərin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycanda olduğu, bununla da Talassemiya Mərkəzinin bölgənin ən mühüm genetik diaqnostika mərkəzinə çevriləcəyi vurğulandı.
Diqqətə çatdırılıb ki, Talassemiya Mərkəzi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi indiyədək Mingəçevir, Qax, Şirvan, Lənkəran, Quba, Bərdə və Gəncədə “Talassemiyasız həyat naminə” şüarı ilə regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil edib: “Bu günə kimi keçirilən “Talassemiyasız həyat naminə” regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədilə, ümumilikdə 1700 dən çox şəxsə müvafiq şəhər mərkəzi xəstəxanalarında ödənişsiz tibbi müayinələr həyata keçirilib. Müraciət edənlərdən götürülmüş qan nümunələri Talassemiya Mərkəzində hemoqlobin elektroforezi üsulu ilə müayinədən keçirilib. Müayinələrin nəticəsi olaraq ümumi 23 nəfərdə talassemiya daşıyıcılığı, 5 nəfərdə isə talassemiya xəstəliyinin olduğu müəyyən edilib. Aparılan müayinələrin nəticələri rayon mərkəzi xəstəxanalarına göndərilərək həkimlər və qan nümunələri vermiş şəxslərə bildirilib. Talassemiya Mərkəzinin rəhbərliyi və aparıcı mütəxəssisləri simpoziumlar keçirilən rayon və şəhərlərdə talassemiyalı pasiyentlərin müalicə aldığı müəssisələrin şəraiti ilə yaxından tanış olub. Müvafiq şöbələrdə fəaliyyət göstərən həkimlər və orta tibbi personal ilə maarifləndirici söhbətlər aparılıb. Bütün regionları əhatə edəcək tədbirlərdən sonra sonuncu simpozium mayın 22-25-də Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş “I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” çərçivəsində keçiriləcək”.
Ramin Bayramlı, həmçinin bildirib ki, regional simpoziumlar bitdikdən sonra sentyabrdan etibarən Talassemiya Mərkəzində regionlarda talassemiyanın müalicəsi ilə məşğul olan mütəxəssislər üçün əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq, treninqlər təşkil olunacaq. Bu treninqlərin əsas məqsədi, regionlarda xidmət göstərən həkim mütəxəssislərin nəzəri biliklərinin və praktiki səriştələrinin artırılmasına xidmət edəcək. Buna paralel olaraq təhsil müəssisələrində və “ASAN xidmət” mərkəzlərində talassemiyanın qarşısının alınması məqsədilə maarifləndirici seminarlar mütəmadi keçiriləcək.
Mərkəzin Transfuzioloji kabinetinin müdiri Xuraman Cəfərova mərkəzdə qeydiyyatda olan xəstələr, onlara göstərilən tibbi yardımın mahiyyəti barədə məlumat verərək bildirib ki, aparılan tədqiqatlara görə, ölkədə talassemiya daşıyıcılığı 5-8 faiz təşkil edir. Maarifləndirmə işində tibb işçiləri ilə yanaşı, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də təhsil işçilərinin və KİV nümayəndələrinin iştirakının zəruriliyi vurğulanıb.
Mətbuat konfransında KİV nümayəndələrini və pasiyentləri, onların valideynlərini maraqlandıran suallar cavablandırılıb.