Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Evlənmək istəyənlərin 422-də sifilis, 103-də QİÇS tapıldı

 

Yenixeber.org: Bu il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçib ki, onların da 13 794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb.

Məlumata görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu il ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.

Z.Əlimirzəyeva qeyd edib ki, noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

İnstitut direktoru əlavə edib ki, bu müddət ərzində 23 hamilə qadında perenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam