Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

AzTV məşhurlarla layihəyə başlayır

 

Azərbaycan Televizya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtı ilə qurumda çalışmış tanınmış diktorların televizyaya qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov açıqlamasında uzun müddət dövlət televizyasında çalışmış təcrübəli diktorların yenidən televiziyaya qayıtmasının sosial mediada geniş müzakirəyə səbəb olması, ictimaiyyətin sözügedən təşəbbüsü təqdir etməsini xatırladaraq bildirib ki, atılan bu addım AzTV-nin hələ də öz tarixinə, peşəkar ənənələrə sadiq qaldığını nümayiş etdirir.

Televiziya rəsmisi qeyd edib ki, millilik, milli dəyər və prinsiplər üzərində qurulan bu yol bundan sonra da davam etdiriləcək: “Lakin təəssüf ki, bəzi şəxslər hər zaman olduğu kimi, bu məsələni də başqa aspektdən təhlil etməyə üstünlük verdilər. Belə ki, söhbət bəzi xəbər saytlarının yaydığı kimi diktorların işə çağırılmasından və ya onların işə götürülməsindən, efirə çıxarılmasından getmir. Qeyd etdiyimiz kimi, məsələ ilk növbədə diktorlarımızın televiziya ilə sıx əlaqəsinə nail olmaq, onların zəngin təcrübəsindən faydalanmaq, ən nəhayət, onlara diqqət və qayğı göstərməkdir. Ömürlərini yaradıcılığa, diktorluğa həsr etmiş bu insanlar televiziya ilə yaşayır. Onların bəzilərinin AzTV-dən kənar qalması, incik düşməsi yolverilməz idi. Efir məsələsinə gəlincə, bəzi diktorlarımız bu gün də AzTV, Mədəniyyət, İdman Azərbaycan kanallarında və radiosunda çalışır, verilişlər aparır və onların müəllifi, aparıcısı olduğu verilişlər bu gün də sevilir, geniş ictimaiyyət tərəfindən qəbul olunur, o cümlədən təqdir edilir. Bir sözlə, söhbət, bir daha qeyd edək ki, kiminsə işə götürülməsindən, işə çağırılmasından və ya efirə çıxarılmasından deyil, sağlam münasibət, sağlam əməkdaşlıq və zəngin təcrübədən faydalanmaqdan gedir. Təbii ki, yeni layihə də istisna deyil. Odur ki, diktorlarla görüşdə yeni layihənin də müzakirəsi aparılıb. Hələlik detallar barədə açıqlama vermək istəməzdik, amma onu deyə bilərik ki, yeni mövsümdən tamaşaçılar qocaman diktorlarımızın aparıcılığı və iştirakı ilə tam fərqli, tarixlə müasirliyin sintezindən ibarət maraqlı veriliş izləmək imkanı əldə edəcəklər. Söhbət xəbər və ya analitik xarakterli verilişdən deyil, səmimi mövzular üzərində qurulan layihədən gedir”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam