Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ATV-nin əməkdaşına AzTV-də böyük vəzifə verildi

 

AzTV-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədovun kadr islahatları davam edir.

 

Yenixeber.org:   ATV kanalının aparıcısı Ranar Musayevə AzTV-də yüksək vəzifə verilib.

Bu haqda məlumat dünən daxil olub.

AzTV-dəki mənbə bildirib ki, televiziyanın bədii rəhbəri vəzifəsində çalışan Etibar Babayev işindən uzaqlaşdırılaraq Dublyaj redaksiyasına göndərilib.

Bədii rəhbər vəzifəsi isə populyar “V element” verilişinin aparıcısı və ideya müəllifi Ranar Musayevə həvalə edilib.

Mənbə deyir ki, artıq Ranar Musayev yeni vəzifəsində studiyalara baxış keçirib, açılacaq verilişlər üçün yaradıcı qrupla görüşüb: “Novruz bayramının çəkilişi də ona tapşırılıb”.

Xatırladaq ki, əvvəlki bədii rəhbər Etibar Babayev uzun müddət AzTV-də çalışıb. Bir müddət o, keçmiş sədr Arif Alışanov tərəfindən işdən uzaqlaşdırıldıqan sonra yenidən geri qaytarılıb.

AzNews.az qeyd edir ki, dünən informasiyanı dəqiqləşdirmək üçün AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın şəhər nömrəsinə dəfələrlə edilən zəngimiz cavabsız qaldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam