Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Keçmiş MTN şefinin kadrına AzTV-də yüksək vəzifə verildi —FOTO

 

 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir. 


Yenixeber.org: Əldə etdiyimiz məlumatda deyilir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov özünə yeni müavin təyin edib. 


Həmin şəxsin kimliyini də öyrənmişik. Bu Eldar Mahmudovun ən yaxın adamı, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin işçisi olmuş Cabbar Quliyevdir. 


Onun MTN-dən sonra iş yeri “Mədəniyyət” kanalı olub. Keçmiş AzTV sədri  Arif Alışanovla yaxın münasibətləri onun bu posta gətirilməsinə səbəb olub. Lakin C.Quliyev bu kanalda müavin vəzifəsində cəmi bir il çalışıb. 2017-ci ildə o, İctimai Televiziyanın  (İTV) İnformasiya və İctimai-Siyasi proqramlar üzrə direktor müavini vəzifəsinə təyin olunub.


                               Bəs kimdir Cabbar Quliyev?


1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu (indi AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirib.


1997-2016-cı illərdə Milli Təhlükəsilik Nazirliyində çalışıb. Vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə 2016-cı ildə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev tərəfindən işdən qovulub.


Əldə etdiyimiz məlumatda deyilir ki, o, “MTN işi”nə görə bir neçə dəfə məhkəmədə şahid qismində dindirilib. 


Arif Alışanovun dövründə AzTV yüksək vəzifədə çalışmış birinin yenidən televiziyaya gətirilməsi heç də birmənalı qarşılanmayıb. Çünki AzTV-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov böyük kadr islahatları həyata keçirib. Bir çox ölkədə AzTV-nin bürolarına rəhbərlik etmiş şəxslər işdən azad olunub. Televiziyanın özündə nisbətən yaşlı və passiv mövqedə olan işçilərin yerinə cavan kadrlar gətirilib. 


Mövzu ilə bağlı Rövşən Məmmədov və Cabbar Quliyevin fikrilərini öyrənmək cəhdlərimiz heç cürə alınmayıb. Onları da dinləməyə hazırıq.(demokrat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam