Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Venesuela paytaxtında toqquşma:xəsarət alanlar var (Yenilənib)

 

Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə qanun keşikçiləri arasında baş vermiş toqquşmalarda azı 50 nəfər xəsarət alıb.

Yenixeber.org: Xarici KİV-lər bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Maxiya Santi məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 30 nəfər rezin güllələrdən, bir nəfər isə odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.

Hazırda paytaxt Karakasda və bir sıra böyük şəhərlərdə hökumət əleyhinə etiraz aksiyaları davam edir.

**

21:30(30.04.2019)

Venesuela müxalifətinin lideri Xuan Quaidoya bağlı silahlı dəstələr tərəfindən Marakai şəhərində silah istehsal edən “Cavim” dövlət müəssisəsinin rəhbəri, general Karlos Armas Lopes saxlanılıb.

Xarici KİV-in məlumatına görə, Karakasda bir qədər əvvəl X.Quaidonun çıxış etdiyi hərbi hava qüvvələrinin bazası yaxınlığında toqquşmalar başlayıb, bibər qazı tətbiq olunur. Buna baxmayaraq, X.Quaidonun ərazini tərk etmədiyi bildirilir.

Sosial şəbəkələrdə hadisə yerindən hökumət qüvvələrinin bibər qazından istifadəsini əks etdirən videolar yayılıb.

Встроенное видео
jemalrasheed@jemalrasheed2

#BREAKING
Coup in #Venezuela
15,000 military forces loyal to Guido are said to have heavy & semi-heavy weapons trying to seize government centers#Giaudu called people 2 streets from the most important airbase in Caracas to Carlotta, which was seized without bloodshed#BlockIRGC

21 человек(а) говорят об этом

*   *   *16:00

Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.

CNN xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia edilən, hərbçilərə növbəti addımları bildirdiyini əks etdirən video da yerləşdirib.

"Venesuela xalqı hakimiyyət qəsbinin sonuna dair qərarını verib. Bu dəqiqə "Azadlıq" əməliyyatının son mərhələsinə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm", - X.Quaido yazıb.

O, həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.

Bununla bağlı İnformasiya naziri Xorxe Rodrigues “Twitter”dəki səhifəsində “Venesuela xain kiçik hərbi qrup tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir” deyə yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam