Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu günə gözlənilən hava proqnozu

 

 
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. 

Hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Abşeron yarımadasında gecə 9-13° isti, gündüz 19-24° isti, Bakıda gecə 10-12° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. 

Rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 

Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam