Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putinin xüsusi nümayəndəsi:"Azərbaycanla münasibətlərimiz həmişə yüksək səviyyədədir"

 

"Bakı həqiqətən qəhrəman şəhərdir. Böyük Vətən müharibəsində qələbə qazanmağımızda bu şəhərin rolu misilsizdir".

Yenixeber.org: Məlumata görə, bunu jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy Sankt-Peterburqda keçirilən"Birliyin əldə etdiyi Böyük Qələbə" IX Beynəlxalq Qələbə Forumu çərçivəsində deyib.

O bildirib ki, belə forumu Bakıda da keçirmək olar: "Hətta keçirmək lazımdır. Çünki bu birliyin əldə etdiyi qələbədir. Forum çərçivəsində Bakının ön cəbhənin neft ehtiyaclarının80%-ni verdiyini xatırladıq. Hesab edirəm ki, bir il sonra, ondan sonrakı il forumun məhz Bakıda təşkil olunması təklifini,- təbii ki, Azərbaycan rəhbərliyi bunu mümkün hesab edərsə, - məmnuniyyətlə qəbul edərik".

Rusiya və Azərbaycan arasında humanitar layihələr mövzusunu şərh edən M.Şvıdkoy onların çox olduğunu söyləyib: "Deməliyəm ki, ölkələrimiz arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq prosesi heç vaxt dayanmayıb. Azərbaycan, ilk növbədə, Moskva Dövlət Universitetinin və eləcə də digər Rusiya təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Birgə çoxlu mədəni tədbirlər keçirilir. Bu yaxınlarda Moskvada tanınmış bəstəkar Qara Qarayevin yubiley gecəsi keçirildi. Tezliklə silsilə iri sərgilər keçiriləcək. Hər il Azərbaycan paytaxtında keçirilən və böyük populyarlıq qazanan "Jara" festivalı isə nəyə desən, dəyər!", - o diqqətə çatdırıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, münasibətlərimiz həmişə yüksək səviyyədədir: "Ölkələrimiz və xalqlarımız arasında etimad səviyyəsi buna bariz nümunədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam