Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Məclisin gündəliyinə 19 məsələ daxil edildi —SİYAHI

 

 

Sabah Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

 

Yenixeber.org: Əvvəlcə iclasın gündəliyinə 17 məsələnin daxil edilməsi nəzərdə tutulsa da, sonradan daha iki məsələ əlavə olunaraq, 19-a çatdırılıb.

 

Yeni əlavə olunan məsələlər “Əmək pensiyaları haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

 

Bu dəyişikliklərə əsasən, kəşfiyyat və əks-kəşfiyyat hərbi qulluqçularının pensiyalarının artırılması nəzərdə tutulur.

 

Gündəliyə daxil olan məsələlər arasında “İctimai Televiziya və Radio (İTV) Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Standartlaşdırma haqqında” və sair qanunlara, o cümlədən, Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.

 

Millət vəkilləri İTV-nin Yayım Şurasının boş qalmış üç yerinə yeni üzvlər seçəcəklər.

 

Qeyd edək, həmin yerlərə beş nəfərin namizədliyi irəli sürülüb.

 

Xatırladaq ki, aprel ayında sonuncu plenar iclasının ayın 30-da keçirilməsi gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam