Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Məclisin plenar iclası başlayıb

 

 

İclasın gündəliyinə 57 məsələ daxildir
Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Yenixeber.org: Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 57 məsələ daxildir.

Bunlar "Normativ hüquqi aktlar haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Təhsil haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Avtomobil yolları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında","Gömrük orqanlarında xidmət haqqında Əsasnamə", "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”,"Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Aviasiya haqqında", "Dövlət borcu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" və s. qanunlara, eləcə də Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Gömrük, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar iclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" (üçüncü oxunuş) və "Psixoloji yardım haqqında" (birinci oxunuş) qanun layihələrinə baxacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam