Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycanda havalar daha 4 gün pis keçəcək –Çaylarda daşqın TƏHLÜKƏSİ

Artıq bir neçə gündür ki, ölkə ərazisində havanın tempraturu aşağı düşüb, kəskin xarakterli yağışlar qeydə alınır.

Yenixeber.org: Havanın belə olması kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vüqar Babayev danışıb. 

“Yağıntılar mövsümə uyğundur. Kənd təsərrüfatına heç bir ciddi ziyan dəyməyib. Adətən hər il  aprel ayının ortaları bu cür yağıntılar qeydə alınır. Dəmyə, taxıl əkilən ərazilərdə belə yağıntıların olması məhsula mənfi təsir göstərmir. Yağıntıların düşməsi suvarma ilə bağlı çətinliklərin də aradan qaldırılmasına kömək edir. Səpin prosesinin aparıldığı, əkin işlərinin yekunlaşdığı və taxılın ilkin biçişinin alındığı bir vaxtda bu cür yağışların olması kənd təsərrüfatının ziyanına yox, xeyrinədir”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, kəskin hava şəraiti  aprel ayının 24-dək davam edəcək.

“Aprel ayının 19-u  gündüz saatlarından, 20-i səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan Muxtar Respublikasında,  Lənkəran-Astara zonasının bəzi ərazilərində hava şəraiti intensiv olub. Hazırda respublika ərazisində çaylarda gursululuq dövrüdür. Eyni zamanda yağan yağışlar nəticəsində də çaylarda suyun səviyyəsində  daha çox artım qeydə alınıb. Lənkərançay, Viləşçay və Qanıx çayı hansı ki, birbaşa   Mingəçevir su anbarına tökülür,  eyni zamanda Araz su anbarına tökülən Araz çayında da artım müşahidə edilib. Qeyd edim ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti aprel ayının 24-dək davam edəcək. Hava şəraitinin kəskin olması leysan xarakterli yağışların yağması daşqın yaranmasına səbəb olacaq”.(modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam