Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

"Ərim məni xəyanətdə ittiham edirdi" -Qətl törədən qadının yeni ifadəsi

 Bakıda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham akını elan edib.

Elan olunmuş ittiham üzrə Vəfa Orucova özünü qismən təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini söyləyib.

Vəfa Orucova ərinə xəyanət etməsi ilə bağlı deyilənlərin yalan olduğunu deyib: "Rövşən məni bıçaqla vurmaq istəyirdi. Bu zaman bıçaq onun əlindən düşdü. Mən də bıçağı yerdən götürüb Rövşəni vurdum".

Vəfa Orucova əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini bildirib: "Rövşən məni ona xəyanət etməkdə ittiham edir, döyürdü, işgəncə verirdi".

İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.

İstintaqa ifadəsində Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

Bu səbəbdən ər-arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edərək pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. (Teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam