Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəraət aldığını eşidən dustaq huşunu itirdi

 

Bəraət aldığını eşidən dustaq huşunu itirdi

Bakıda adam öldürməkdə təqsirli bilinən Elman İbarahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyası Elman İbrahimovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Məhbus bəraət aldığı xəbərini eşidərkən həyəcandan huşunu itirib və yerə yıxılıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Müvəqqəti Təcridetmə Mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Çingiz Xəlilov ağır xəsarətlər alıb. 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Çingiz Xəlilovun həyatını xilas edə bilməyib.

İstintaq orqanı tərəfindən Elman İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam