Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Mandat kimə veriləcəksə, sədr o olacaq"-Binəli Yıldırım

 

"Mandat kimə veriləcəksə, sədr o olacaq"- Binəli Yıldırım
"Türkiyə Ali Seçki Komissiyası mandatı kimə verəcəksə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri o olacaq"
Yenixeber.org: Bunu Ədalət və İnkişaf partiyasının (AKP) İstanbul bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.

O, vurğulayıb ki, səslərin təkrar sayılmasından sonra rəqibi Ekrem İmamoğlu ilə aralarındakı səs nisbəti azalır: "Hazırda aradakı səs fərqi 29 mindən 18 minə düşüb. Hələ sayılacaq çox səs var. Səslərin tamamı sayılandan sonra qalib gələcəyimi düşünürəm. Amma, hələlik səslərin tamamının sayılmasını gözləməliyik. Bundan başqa söylənəcək söz, çarə yoxdur. Bu məsələ ətrafında ictimai rəyi çaşdıracaq açıqlamalardan qaçınmaq lazımdır".

Seçkinin nəticələrinin ləğvi məsələsinə gəlincə B.Yıldırım deyib: "Belə bir hal mümkün deyil. Biz Ali Seçki Komissiyası deyilik. Ona görə, onlar nə qərar versə, başımızın üzərində yeri var. Türkiyə hüquqi dövlətdir. Bu məsələdə bizə söz deməyə haqq düşmür. Bir daha söyləyirəm Ali Seçki Komissiyasının səsləri yenidən sayma prosesinin sonunu gözləməliyik".

Qeyd edək ki, martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilib. İstanbul meri uğruda gərgin mübarizədə CHP üzvü Ekrem İmamoğlu 48,79 faiz səslə rəqibi "Cümhur İttifaq"ının namizədi Binəli Yıldırımdan (48,51%) cüzi üstün olub. Türkiyə Ali Seçki Komissiyası AKP-nin şikayətini təmin etdikdən sonra İstanbulun 7 rayonunda etibarsız sayılan səslərin yenidən sayılmasına abaşlanılıb.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam