Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Araz Market”də özbaşınalıq

 

 

 

    "Xeberinfo.com":  Son 10 il ərzində Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlərə imza atılıb və bu sahədə bir çox işlər görülüb. Bu nailiyyətlərin əldə edilməsinədə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi rol oynayıb: “Belə ki, Azərbaycan özünü ərzaq təhlükəziliyi ilə təmin edə bilir. Çünki ölkəmizdə bunun üçün münbit torpaqlar və işçi qüvvəsi var. Azərbaycana xarici bazarlardan məhsullar gətirilir. Lakin vətəndaşlar bilməlidirlər ki, yerli məhsullar daha keyfiyyətli və üstündür. Ölkədə fəaliyyət göstərən ticarət şəbəkələrində və diğər xidmət sektorunda demək olar ki, istehlakçı hüquqlarının pozulması adət halına çevrilib. İş o həddə çatıb ki, istehlakçılar pozulmuş hüquqlarının bərpasında xeyli çətinliklə üzləşmək məcburiyyətində qalırlar. Açacağımız söhbət böyük bir marketdə istehlakçının hüquqlarının pozulmasından gedir. Azerbaycaninfo.com-a daxil olan şikayətdə bildirilir ki, "Araz Supermarket"də vitrindəki qiymətlə çekə vurulan qiymət arasında kifayət qədər fərq olur. Bununla da, "Araz Supermarket”in rəhbərliyi istehlakçıların hüquqlarını pozaraq külli miqdarda gəlir əldə etməyə çalışır. Vətəndaş bildirir ki, bu hala dəfələrlə rast gəlib. Alınmış məhsul 1 manat 40 qəpikdirsə, çekə 1 manat 50 qəpik vurulur. Hər məhsulda 5-10 qəpik istehlakçılara qaytarılmırsa, ortaya külli miqdarda əlavə məbləğin yığışması meydana gəlir. Bu cür fırıldaqçılıqla istehlakçıların hüquqları bu marketdə hər an pozulur. Hətta, şikayətçi bildirir ki, məhsulların çoxu keyfiyyətsizdir. Bundan başqa Azerbaycaninfo.com-a daxil olan şikayətdə bildirilir ki, sözügedən marketdə satıcılar çəkidə istehlakçıları aldadırlar. Belə ki, un, şəkər tozu, qənd və meyvə-tərəvəzi çəkərkən alıcılara kələk gəlirlər. Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiyini görürlər. Qeyd edək ki, bu qanunsuz hal Nizami rayonu Şərifli küçəsi, ev 25- də yerləşən “Araz Neftçilər satış mərkəzi”ndə baş verir. Şikayətçi bildirir ki, "Araz Supermarket”də meyvə-tərəvəz həddən artıq baha olur. Ət və ət məhsulları barədə məlumat vitrində yoxdur. İribuynuzlu heyvan ətinin üzərində ətin hansı heyvana aid olması barədə də informasiya verilmir. Və yaxud ətin həkim nəzarətindən keçməsi barədə də istehlakçı məlumat ala bilmir. Məhsulların satışına həm müəssisə rəhbərləri, həm də bu sahədə məsuliyyət daşıyan orqanlar tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilmir. Qeyd edək ki, belə dırnaqarası marketlər istədikləri keyfiyyətdə məhsulu satır, heç bir normalara uyğun olmayan xidmət göstərirlər. Nəticədə isə həm maddi, həm də sağlamlıq baxımından, itirən yalnız istehlakçı olur. Satılan mala görə istehlakçıya kassa çeki verilmir. Bu isə külli miqdarda vergidən yayınmaya gətirib çıxarır. Şikayətçi həmçinin Azerbaycaninfo.com-a bildirib ki, məsələ ilə bağlı market rəbərliyinə etiraz etmək istəsə də, rəhbərlikdən heç kim marketdə olmayıb. Ümumilikdə, "Araz Supermarket"də satıcı özbaşnalığı, müştərilərlə kobud rəftar, vitrinlərin natəmizliyi, istehlakçılarla olduqca qeyri-səmimi davranış marketdə ənənəyə çevrilib. Elə bu səbəbdən də "Araz Supermarket" get-gedə öz funksiyasını itirməkdədi. Mənbənin məlumatına görə, marketdə satılan bir çox məhsulun üzərində yazılan qiymətlər saxtadır. Şikayətçi bildiririr ki, alınan məhsulun üzərində yazılan qiymət, kassaya vurulan və sonra qəbzdə göstərilən qiymət fərqli olub:“Uşaq oyuncağının üzərində 5 manat 45 qəpik yazılmışdı. Məhsula endirim edildiyi də qeyd edilməmişdi. Kassaya yaxınlaşanda tələb olunan pulu verdim. Ancaq qəbzə sonradan baxdım ki, əslində aldığım oyuncağın qiyməti 6 manat 70 qəpik imiş. Kassir bu barədə heç bir söz də demədi. Ən azından qiymətin fərqli olduğunu deyə bilərdilər. Ancaq market bunu bilərəkdən etdiyindən, məlumat da vermirlər. 5 manat 45 qəpiyə olan oyuncağı 6 manat 70 qəpiyə satırlar”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Yazı Tədbir görülməsi üçün Vergilər nazirliyinə, İqtisadiyyat və Sənaye nazirliyinə ünvanlanır.

 

 

Yaqut Zeynalova

 

 

 

Azerbaycaninfo.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam