Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"OBA" marketdən yağ və pendir aldı -XARAB ÇIXDI

 

         
"OBA" marketdən yağ və pendir aldı - XARAB ÇIXDI
Yenixeber.org: “Azad İstehlakçılar “ İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova Bakı şəhəri , Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi sakini Mirzəyevə Dilşadxanım Ənvər qızı tərəfindən ərizə ilə müraciət edib. 
Gundeminfo.az xəbər verir ki, bu barədə Eyyub Hüseynov özünün facebook sosial şəbəkə statusunda məlumat verib. 

Şikayətçi marketdən aldığı yağın və pendirin keyfiyyətsiz və yararsız olduğunu iddia edib. Şikayəti olduğu kimi diqqətinizə çatdırırıq. 

- 17.07.2018 tarixində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanında yerləşən “OBA” marketindən bir neçə ərzaq malı o çümlədən 3.59 AZN ödəyərək Rusiyanın Omsk vilayətində istehsal olunmuş 600 qramlıq Qauda markalı pendir və qiyməti 5.59 AZN olan “Uzun ömür süd məhsulları” MMC-nin istehsalı olan 0.5 kq olan “Nur” markalı nehrə yağı aldım. Evə gətirib soyuducuya yerləşdirdim. İstehlak üçün 3 gün sonra istifadə etdikdə həmişə istifadə etdiyim Qauda pendirlərindən fərqli olaraq aldığım pendirdə ciddi acılıq və sanki bükülmə materialından keçmiş xoşagəlməz ətirlik dadını hiss etdim. Diqqətlə baxdıqda pendirin üzərində Azərbaycan dilində məlumat olmadığını , saxlanma müddətinin rus dilində 180 gün yazıldığı olsada buraxılma tarixinin yapışqanlı kağızla yazılıb yapışdırldığını gördüm. Güman edirəm ki,buraxılma tarixi sonradan yapışdırlmışdır. 0.5 kq-lıq nehrə yağı isə yoxladıqda dəmir dadı verdiyini, nehrə yağına bənzəmədiyini, qabın üzərində 90 gün yararlıq tarixi göstərilsədə yağın keyfiyyətsiz olduğunu gördüm. Malları soyuducuda saxladım. 23.07.2018-ci il tarixində qeyd olunan malları dükana apardım satıcıdan malların yoxlanmasını və geri qaytarılmasını xahiş etdim. Qeyd edirəm ki, mallara dadına baxmaq üçün cuzi toxunulmuşdu. Satıcı mala baxmadan “toxunubsan “deyib pulumu qaytarmaqdan imtina etdi. Mən onu başa salmaq istədim ki, malı açmasaydım onun keyfiyyətsiz olduğunu necə bilərdim? Lakin satıcı buna əhəmiyyət vermədi.
Xahiş edirəm istehlakçı hüquqmu qoruyasınız, qeyd olunan mal partiyalarını exspertizyadan keçirilməsinə dair iş aparasınız, ödədiyim 9.18 AZN geri qaytarılsın, bu mallar və bu malları satan ticarət şəbəkəsi barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz.
İmza Mirzəyevə Dilşadxanım
Tarix : 26.07.2018

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam