Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AZAL bu şəhərlərə aviareysləri niyə dayandırdı?

AZAL bu şəhərlərə aviareysləri niyə dayandırdı?

 

 

“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevral ayı ərzində Avropanın bir sıra şəhərlərinə - Berlin, Paris və Milana birbaşa aviareyslərin həyata keçirilməməsinin səbəbini açıqlayıb

 

Yenixeber.org: AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski APA-ya bildirib ki, Avropa istiqamətində uçuşlar təxirə salınmayıb.

"Sadəcə, əvvəlki illərdə olduğu kimi, qış qrafikinə uyğun olaraq bir neçə istiqamətdə uçuşlar planlaşdırılmayıb. Hava nəqliyyatı sahəsində fevral ayı ən passiv dövr hesab edilir və bu dövrdə bir çox hava yolları şirkəti müəyyən istiqamətlərə uçuşlarını yerinə yetirmir”, - deyə P.Kəsəmənski vurğulayıb.

Qurum rəsmisi onu da əlavə edib ki, öncədən fevral ayı üçün planlaşdırılmadığından gələn ay üçün bilet alan sərnişin olmayıb.

Qeyd edək ki, bəzi KİV-də AZAL aviaşirkətinin əsas Avropa istiqamətlərinə, Berlinə, Parisə, Milana fevralda birbaşa reyslərin planlaşdırılmadığı barədə məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam