Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya təyyarələri ərəblərin dollarını daşıdı-Karakasa

 

Yanvar ayında Rusiyanın Boinq-757 yük təyyarəsi Venesuelaya iki reys həyata keçirib.

Yenixeber.org: Bu məlumatı “Novaya qazeta” yayıb. Məlumata görə, təyyarə Rusiyadan Venesuelaya məxsus dövlət qızılını BƏƏ-yə aparıb, burada nağd dollarla əvəz edildikdən sonra valyuta Karakasa göndərilib. Təyyarə bu reysi yanvarın 18-i və 19-da təşkil edib.

Maraqlı məqam odur ki, burada qızılı BƏƏ-nin Mərkəzi Bankı əldə edib. Dubayda eniş etdikdən sonra Venesuelaya yola düşən təyyarə Mərakeşin Ağadir şəhərində də eniş həyata keçirib. Moskvaya təyyarə yanvarın 23-də geriyə dönüb.

İkinci uçuş isə yanvarın 30-da gerçəkləşdirib. Bu dəfə isə təyyarə Dubaydan sonra daha iki dəfə eniş etməli olub. Enişlərdən biri Mərakeşin Kasablanka şəhəri, digəri isə Kabo-Verde Respublikasının Esparqus şəhərinə edilib.

Qəzetin diqqət etdiyi daha bir məqam Rusiyanın yük təyyarələrinin Karakasa eniş etməsindən sonra Venesuela Prezidenti Nikolas Maduronun ölkənin şəhər əhalisinin rifahının yaxşılaşdırılması üçün 1 milyard dollar ayırdığını elan etməsidir.

Venesuelanın 161,2 tonluq qızıl ehtiyatının 30 tonluq hissəsi Rusiyanın Mərkəzi Bankında saxlanılır. Qızıl ehtiyatının digər hissəsi isə Avropa bankları, özəlliklə də Britaniyada yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam