Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV qanununun mənası yoxdur?

 

“Əgər müvafiq qurumlar hər hansı mətbuat orqanını cəzalandırıbsa, həmin mətbu orqanları məhkəmələr ikinci dəfə cəzalandıra bilməz”. 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisin bugünkü iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qəzetdəki bir yazıya görə iki dəfə məhkəmə iddiası qaldırmaq praktikası məqsədəuyğun sayılmır:

“2 dəfə məhkəmə iddiasından sonra media orqanının bağlanması absurddur. Belə bir təcrübə özünü doğrultmursa, bu dəyişikliyi niyə etməliyik? Beynəlxalq təşkilatlarda sözügedən qanun layihəsinə dəyişikliyə görə Azərbaycan haqqında mənfi təsəvvürlər yaradılır. Buna niyə şərait yaratmalıyıq? Beynəlxalq aləmi üzərimizə qaldırmağa ehtiyac yoxdur. Bu qanun layihəsinin heç bir mənası yoxdur”. 

Spikerin müavini Bahar Muradova deyib ki, bəzi qüvvələrin bu qanuna dəyişiklik edilməsini mürtəcelik kimi dəyərləndirməsi anlaşılan deyil: “Kim qanun pozmayacaqsa, o cəzalanmayacaq. Bəzilərinin şivən qoparmasını anlamıram. Bəziləri mətbuat adından danışmağa başlayır”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dəyişikliyi normal addım kimi dəyərləndirib. “Jurnalistlər hamını tənqid edə bilər, amma təhqir yox”.

Deputat Aqil Abbas bildirib ki, qorxu, vahimə yaradan informasiyalarla bağlı cəza tədbirləri də nəzərdə tutulmalıdır. 

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam