Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Siyasi partiyalar haqqında” qanuna hansı dəyişiklik edilir?

 

Yenixeber.org: Bir müddət əvvəl “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gündəmə gəlmişdi. Belə ki, siyasi partiyanın maliyyələşməsi,  fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər ediləcəkdi.

Yaxın zamanlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?

Məsələ ilə əlqədar Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsini zəruri edən ciddi bir məsələ yoxdur.

“Qanuna ediləcək dəyişiklikdə əsasən,  partiyaların maliyyə hesabatlılığı ilə bağlı məsələlərin ciddiləşdirilməsindən söhbət gedirdi. Amma indiki vəziyyətdə partiyaların fəaliyyətinə ciddi təsir göstərəcək dəyişiklik baş verməyib.  Hazırda partiyalar normal fəaliyyətini davam etdirir. Ona görə də “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsinə ehtiyac yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam