Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatların sonuncu görüşü

 

Bu gün Milli Məclisin IV çağırışının son iclası keçiriləcək.

"Xeberinfo.com":   Məlumata görə, iclasın gündəliyinə 34 məsələ daxil edilib. İclasda ilk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunacaq.


Bundan başqa, iclasın gündəliyində Azərbaycanın bir neçə ölkəylə imzaladığı sazişlərin təsdiqi, eləcə də Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasının müzakirəsi Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulub.

"Dövlət rüsumu haqqında", "İcra haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi də gündəlikdə yer alan məsələlər sırasındadır.

Milli Məclis Bakı və Gəncə apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsinə də baxacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam